Slimfit
  1. AZƏRBAYCAN

Siyavuş Novruzov: Ermənistan onun-bunun yedəyində gedir

Siyavuş Novruzov: Ermənistan onun-bunun yedəyində gedir
Sakura

Siyavuş Novruzov: Ermənistan onun-bunun yedəyində gedir

Ermənistan özünü müstəqil dövlət elan etsə də, elə deyil, hansısa dövlətin, onun-bunun yedəyində gedir. Bu gün Cənubi Qafqazda, eləcə də, postsovet məkanında və Avropada az-az müstəqil dövlət var ki, biri də Azərbaycandır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Ermənistan özü nə xarici siyasətində, nə daxili siyasətində, nə iqtisadi, nə sosial siyasətində hər hansı müstəqil addım ata bilmir:

“Ona görə də orada keçirilən son seçkilər və ondan əvvəlki dövrlərdə Ermənistanın vəziyyətinin gündən-günə ağırlaşdığı dəfələrlə proqnozlarda qeyd olunurdu. Aparılan tədqiqatlar da göstərir ki, ildə 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə, təşkilat işləmir, sosial vəziyyət acınacaqlıdır, orduda qarşıdurma var və bu daha da dərinləşib.

Eyni zamanda, siyasi rəhbərlikdə qarşıdurma var. Regionlararası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan, Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1 faizi də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək. Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur.

Ermənistan təxminən Azərbaycanın 90-cı illərini xatırladır ki, kimi gəldi müxtəlif vəzifələrə təyin edirlər. Populyarlıq da cəmi bir-iki ay çəkir. Populizmlə heç bir məsələni həll etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxdur. İlkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə, bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur.

Xarici siyasətləri də bərbad vəziyyətdədir. Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir. Ordudan yayınmalar həddindən artıq çoxdur.

Valideylər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmir. Sual qoyurlar ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə uşaqlarımızın nə işi var?! Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR