Slimfit
  1. CƏMİYYƏT

Şirvanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi

Şirvanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi
Sakura

Şirvanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə əsaslanan fəaliyyəti getdikcə genişlənir. Bunun növbəti nümunəsi kimi, “Kapital Bank” tərəfindən sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa etdirilib və iyunun 10-da binadakı mənzillər həmin vətəndaşlara təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və “Kapital Bank”ın rəsmisi Tural Ayvazlı iştirak ediblər.

H.Abdullayev Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə də ölkəmizdə heç bir sosial proqramın təxirə salınmadığını, əksinə, həmin proqramların uğurla davam etdirilərək daha da genişləndirildiyini vurğulayıb.

Nazir müavini bildirib ki, dövlət başçısının çağırışına uyğun olaraq ölkəmizdə özəl sektorun sosial məsuliyyət və həmrəylik prinsipinə əsaslanan fəaliyyəti getdikcə genişlənir. Məcburi köçkünlər üçün “Qobu-1”, “Qobu-2” və “Qobu-3” yaşayış komplekslərinin özəl sektorun hesabına salınması da bunun əyani təzahürlərindən biridir. Bu ilin mayın 28-də “Qobu Park-3” yaşayış kompleksinin açılışında özəl sektorun əhəmiyyətli sosial layihələrə qoşulduğunu diqqətə çatdıran Prezident İlham Əliyev yaşayış kompleksinin salınmasında xüsusilə “Paşa Holdinq” şirkətinin fəaliyyətini qeyd edib. Dövlət başçısı bütün Azərbaycan şirkətlərinə müraciət edərək həmrəylik göstərməli və sosial məsuliyyət daşımalı olduqlarını bildirib.

H.Abdullayev vurğulayıb ki, “Kapital Bank” tərəfindən korporativ sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün dördmərtəbəli, üç bloklu yaşayış binasının inşa etdirilməsi də özəl sektorun sosial layihələrə fəal şəkildə qoşulmasının növbəti uğurlu nümunəsidir. Bu, həmçinin şəhid ailələrinin, müharibə əlillərinin rifahı üçün dövlətin apardığı ardıcıl işlərə özəl sektorun yaxından dəstək verdiyinin göstəricisidir.

Nazir müavini bütün sosial proqramlar kimi, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının da geniş miqyas aldığını deyib. O, nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verildiyini qeyd edib. O, dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğunu bildirib. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla, bu il artıq 370-ədək mənzilin, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 7970 mənzil və fərdi ev verildiyini diqqətə çatdırıb.

İ.Abbasov Prezident İlham Əliyevin həssas əhali qruplarına diqqət və qayğısından bəhs edib, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin olunmalarının da bunun bir əyani ifadəsi olduğunu vurğulayıb.

T.Ayvazlı dövlət başçısının çağırışına qoşulan “Kapital Bank”ın da sosial layihələrdə fəal iştirak etdiyini vurğulayıb. Bildirib ki, “Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, işsiz və əlilliyi olan şəxslər, məcburi köçkün və aztəminatlı ailələr üçün müxtəlif tədbirlər həyata keçirir. Budəfəki sosial aksiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilib və bununla da “Kapital Bank” şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan ardıcıl işlərə öz töhfəsini verib.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların rifahı üçün aparılan mühüm işlərə, həmçinin mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Mənzillər Şirvan şəhəri və ətraf rayonlardakı şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulub.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR