Dərc edildi: Baxış sayı: 183
Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb
Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Səma Hacıbala qızı Rzayeva nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.
Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmoniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.
Uşağın meyiti hazırda müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patologiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət