Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şirniyyat niyə kökəldir? - Ekspertdən vacib tövsiyələr

Şirniyyat niyə kökəldir? - Ekspertdən vacib tövsiyələr
Sakura

Şirniyyat niyə kökəldir? - Ekspertdən vacib tövsiyələr

Tanınmış allerqoloq Aysel Mehdiyeva çoxlarını maraqlandıran “Şirniyyat niyə köklüyə səbəb olur” sualına cavab verib.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, həkim şirniyyat və karbohidrat tərkibli qidaların orqanizmdə artıq çəkiyə səbəb olmasının elmi tərəflərini izah edib.

“Yeməklərimiz zülal, yağ və karbohidratlardan ibarətdir. Ləzzətlə yediyimiz bütün qidalar əsasən bu üç maddədən və onların birləşməsindən ibarətdir ki, bunların da içərisində minerallar, vitaminlər var. Yağlar iki formada orqanizmə daxil olur: Xolesterin - əsasən heyvani yağlar və triqliseridlər.

Yediyimiz yağlar bağırsaqdan sorulduqda, ilk olaraq triqliseridlər birbaşa dərialtı piy toxumasına gedir və orada toplanır. Heyvani yağlar olan xolesterin isə qaraciyərdə toplanır, orqanizm bu yağları ehtiyat olaraq saxlayır. Eyni zamanda şirniyyat, çörək və ya karbohidrat yedikdə onlar qlükozaya çevrilir, qaraciyər qlükozanı qlikogenə çevirib depo kimi saxlayır. Əgər biz bu qidaları həddindən artıq çox yeyiriksə, qaraciyərdə depo üçün yer olmursa, qlikogen bu zaman xolesterinə çevrilir. Beləliklə qaraciyərimizdə piylənmə əmələ gəlir, eyni zamanda şirniyyat və ya çörək çox yedikdə qlükoza da triqliseridə çevrilə bilir. Bu zaman yağlar dərialtı piy toxumasında toplanır ki, bu da orqanizmin özü üçün yığdığı ehtiyat yağlardır. Yağ çox qiymətli enerji mənbəyi olduğu üçün orqanizm onu depo şəklində dərialtı piy toxumasına yığır ki, aclıq hiss edəndə xərcləsin və orqanizm acından ölməsin”, - deyə mütəxəssis qeyd edib.

Aysel Mehdiyeva vurğulayıb ki, köklüyün əsas səbəbi ehtiyat üçün dəri altında yığılmış yağlardır:

“Bu ehtiyat orqanizm üçün dərialtı toxumadır. Bilirik bizə nə qədər enerji lazımdır və bunu balanslaşdıra bilərik, lakin orqanizm düşüncəmizə görə iş görmür. Çox yeyiriksə, orqanizm elə bilir ki, bizə bu lazımdır və bunu xərcləyəcəyik. Odur ki, bizim üçün depolaşdırır. Yediyimiz qidaları və sərf etdiyimiz enerji balansını qoruya bilsək, artıq depo yığmarıq və kökəlmərik”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR