Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Siqaretdən imtina həbləri nə qədər təsirlidir?

Siqaretdən imtina həbləri nə qədər təsirlidir?
Sakura

Siqaretdən imtina həbləri nə qədər təsirlidir?

Siqaret istifadəsi uzun illərdir davam edən təhlükəli bir asılılıqdır. Bu asılılıqdan tək başına xilas olmaq mümkün olsa da əlavə psixolojik yardım alaraq siqaretdən tamamilə imtina etmek əhəmiyyətli bir mövzudur. Çünki bəzi siqaret istifadəçiləri çox böyük bir asılılıq yaşamasalar da qısa müddət ara verib təkrar siqaret istifadəsinə başlaya bilməkdədir. Həqiqətən siqaret asılılığı olan bir insan yenə öz iradəsi ilə siqareti buraxmaq üçün cehd edib, bir müddət ara verdikdən sonra qeyri iradi olaraq yenə də siqaret istifadeçisinə çevrilməkdədir. Əslində siqareti buraxmada əhəmiyyətli olan kritik müddət 1 ildir ki,bu müddətdən sonra adamda siqaret çəkmə istəyi olmur.

Siqareti buraxmaq üçün bir çox üsul movcuddur. Bunlardan ən əhəmiyyətlisi isə siqaret buraxma həbləridir. Siqaret buraxma həbləri elbəttə ki, siqaret alüdəçisi olan insanda müsbət effekt verə bilər, ancaq bu həbləri qebul etmədən öncə bir mütəxəssisə müraciət edilməsi məsləhətdir. Çünki həkim müayinəsindən ve müxtəlif qan analizlərindən sonra,şəxsin bu həblərə ehtiyacı olub olmaması həkim terəfindən müyyən olunduqdan sonra, eğer bu dərmana ehtiyac yaranarsa dozası təyin olunur.

Siqaret Buraxma Həbləri Nələrdir?

Siqaret buraxma həblərindəki başlıca məqsəd siqaret alüdəçisi adamda siqaret buraxdıqdan sonra yaranan nikotin ehtiyacının minimuma endirilməsidir. Bu da tərkibində az da nikotin olan dərmanların istifadəsi ilə şəxsdə nikotin istəyinin azaldılması ile olur. Bu vasitələr nikotin leykoplasterleri, saqqızlar, sorma konfetləri, tənəffüs və burun spreyləridir.

Bu vasitələrin xaricində siqaret istifadəçisi kəslərin siqareti buraxmadan ən az 1 həftə əvvəldən qebul etməsi lazım olan fərqli bir dərman daha mövcuddur. Bu dərmanın adı isə Champixdir. Bu dərmanın içində də müəyyən nisbətdə nikotin movcuddur və məqsəd nikatin asılılığı olan adamın nikotinə olan ehtiyacının azaldılmasıdır. Şübhəsiz həkimin nəzarəti altında qəbul edilməsi tövsiyə edilən bir dərman preparatıdır. Bu dərmanın bəzi əks təsirləri olduğundan kiçik dozalarla başlayaraq yavaş yavaş artırılaraq istifadə edilməsi məsləhət görülür. İlk 3 gün yarım tablet qebul edilən dərman, ardından gündə iki dəfə yarım tablet və daha sonra isə gündə iki dəfə 1 tablet şəklində istifadə edilir. Dərmanın qəbul etmə müddəti 12-24 həftə arasında dəyişir.

Champix Dərmanının Əks Təsirləri Nələrdir?

Hər dərmanda olduğu kimi bu dərmanın da əks təsirləri movcuddur. Bu səbəblə siqaret çəkən kəslərin dərmanı istifadə etmədən əvvəl həkimə müraciət etməsi şərtdir. Çünki dərmanın istifadə dozasını yuxarıda qeyd etdiyimiz kimi müəyyen müayinələr nəticesində dərmanın dozası hekim tərefindən deyişdirilə ve ya başqa dərmanla əvəz oluna bilər. Bu dərmanı hamilələrin istifadə etməsi tövsiyə edilməməkdədir.

Depressiyaya meylliliyi olan kəslərdə intihar riskini artırdığı üçün, istifadə etmədən əvvəl həkimə müraciyət edin xəstelik tarixçəniz ilə əlaqədar əhatəli məlumat verin.

Bundan başqa Beynəlxalq bir araşdırma qrupunun 8 mindən çox aludeçinin qatıldığı araşdırma üzərində apardığı qiymətləndirmə zamanı, Champixin, infarkt və digər kardiyovasküler xəstəliklerin riskini artırdığı müşahidə edildi ve nəticələr Kanada Tibb Cəmiyyeti jurnalında(Canadian Medical Association Journal)  dərc olundu. Araşdırmalarda iştirak edənlərin əksəriyyətinin 45 yaşa kimi kişilər olduğu ifadə edildi.

Bu dərmanın siqaret kimi bir asılılıq yaratma təsiri də yoxdur. Çünki tərkibindəki əsas maddə siqaretdə olan nikotin olmayan “vareniklin tartarat” dır. Ümumiyyətlə ən çox müşahidə edilən əks təsirləri ürək bulanması, qusma, yuxusuzluq və qəbizlikdir. Bu yan təsirlər hər adamda müşahidə edilmir. Dərman bir başa olaraq sidik vasitəsi ilə atıldığı üçün qaraciyərə də əks təsiri olmamaqdadır.

Nikotin Saqqızı

Siqaret asılılığı olan kəslərin ən çox istifadə etdiyi reseptlə satılan məhsullardan biri də nikotin saqqızıdır. Bu vasitənin bir çox ölkədə reseptlə

satılmasına baxmayaraq ölkəmizdə reseptsiz satıldığı da hallar da movcuddur. Siqaret ehtiyacı artdığı zaman saqqızın icazə verilən gündəlik dozası maksimum  ən çox 12 ədəddir.

Nikotin Leykoplasteri

Nikotin leykoplasteri istifadəsində siqaret çəkən adamın gündəlik istehlak etdiyi siqaret ədədi öyrənilərək istifadə ediləcək doza təyin olunmaqdadır. Qolun üst hissəsinə(yəni bazu nahiyəsinə) yapışdırılan leykoplaster sayəsində bədənə ifraz olunan nikotin adamın siqaret çəkmə istəyini azaltmaqdadır. Nikotin leykoplasterleri 24 saatdan bir istifadə edilərək sabahısı gün yenisi ilə dəyişdirilməlidir. Dəri problemləri olanlarda və gündə 10 ədəddən az siqaret istehlak edənlərdə nikotin leykoplasteri istifadə edilməsi tövsiyə edilməməkdədir.

Nikotin Burun Spreyi

Nikotin spreyi burun dəliklərinə fısqıstmaqla 3-6 ay ərzində hər gün istifadəyə uyğundur. Dozası həkim tərəfindən təyin olunmaqdadır. Əks təsir olaraq burunda ayışma hissi və öskürək müşahidə edilə bilər.

Mənbə: www.hangisieniyi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR