Slimfit
  1. AVTO VƏ MOTO

Sinqapurda sürücüsüz elektroavtobus istifadəyə veriləcək

Sinqapurda sürücüsüz elektroavtobus istifadəyə veriləcək
Sakura

Avtobusun enerji ehtiyatı 25 kilometrdir və 6 dəqiqəyə tam enerji yığır

Sinqapurda sürücüsüz elektrikli avtobus təqdim edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 80 nəfər üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi Volvo avtokonserni və Nanyan texnoloji universiteti tərəfindən istehsal edilib.

Avtobusun testi xüsusi poliqonda keçirilib. Yaxın aylarda onlar yollarda fəaliyyətə başlayacaq. İstehsalçılar avtobusu dünyada ilk belə texniki vasitə adlandırırlar. Avtobusun uzunluğu 12 metrdir. Enerji ehtiyatı 25 kilometrdir və 6 dəqiqəyə tam enerji yığır. Bununla yanaşı avtobus xüsusi sensorlar və üç ölçülü kameralarla təchiz edilmiş CPS sistemlə təmin edilib. Nəqliyyat vasitəsinin yaxın iki ildə Sinqapurun bir neçə rayonuna sərnişin daşıması planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR