Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sinir sistemini bərkidən ərzaqlar

Sinir sistemini bərkidən ərzaqlar
Sakura

Sinir sistemini bərkidən ərzaqlar

Banandan mütəmadi istifadə ürəyin işinə müsbət təsir göstərir və sinir sistemini gücləndirir.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Seçenov Universitetinin Fərdi Tibb İnstitutunun sağlamlığı idarəetmə klinikasının qidalanma üzrə mütəxəssisi Natalya Puqaçova “Moskva” Şəhər Xəbərləri Agentliyinə bildirib.

O, bananın tərkibində kalium, maqnezium, manqan və misin olduğunu xatırladıb. Kalium və maqnezium insana ürəyin normal işləməsi üçün lazımdır, bundan başqa onlar qan təzyiqinin tənzimlənməsində iştirak edirlər. Mis hemoqlobin və kollagenin sintezinə kömək edir və zərərli maddələrin detoksikasiyasına təsir göstərir. Manqan mütəxəssisin sözlərinə görə,  enerji mübadiləsi üçün vacibdir.

Həmçinin banan B6-piridoksin vitamini ilə də zəngindir.

Dietoloq tam yetişməmiş banan yeməyi məsləhət görür, belə ki, bu meyvə bağırsaq sağlamlığını qorumaq, həmçinin ateroskleroz və diabet üçün faydalı olan dayanıqlı nişasta, pektin və sellüloza ilə zəngindir.

Həkimin sözlərinə əsaəsn, bu meyvəni aşırı istifadə etmək olmaz. Belə ki, sarı bananda daha çox fruktoza və qlükoza var və aclığı tez bir zamanda yatırır. Bədənə zərər vermədən, oturaq həyat tərzi olan və kilolu insanlar gündə bir ədəd olmaqla həftədə iki-üç dəfə banan, idmançılar isə gündə iki-üç ədəd bu meyvədən yeyə bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR