Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Sınaq imtahanlarında ilk: yeni qəbul qaydalarına uyğun proqram

Sınaq imtahanlarında ilk: yeni qəbul qaydalarına uyğun proqram
Sakura

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları…

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək.

DİM-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni təqdim olunacaq:

I qrup

II qrup

III qrup

IV qrup

Riyaziyyat

Riyaziyyat

Azərbaycan (rus) dili

Biologiya

Fizika

Coğrafiya

Tarix

 

Kimya

Kimya

Tarix

Ədəbiyyat

Fizika

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır. Tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.

Sınaq imtahanına qeydiyyat 16 oktyabr saat 10:00-dan 22 oktyabr saat 09:00-dək aparılacaq.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri seçilir. Daha sonra şəxsiyyəti təsdiq edən sənədin məlumatları, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edilə bilər.

Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR