Slimfit
  1. DÜNYA

Simptomsuz koronavirusun təhlükəli olduğu müddət açıqlandı

Simptomsuz koronavirusun təhlükəli olduğu müddət açıqlandı
Sakura

Simptomsuz koronavirusun təhlükəli olduğu müddət açıqlandı

COVID-19-un simptomu olmayan daşıyıcıları əksər hallarda gənc və sağlam insanlardır.

“RİA Novosti”nin xəbərinə görə, bunu Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Sergey Avdeyev deyib.

Mütəxəssisin fikrincə, xəstəliyin simptomsuz gedişi olduqca geniş yayılıb, bu gün belə xəstələr yoluxanların 25%-dən 50%-nə qədər və daha çox ola bilər.

“Məsələn, “Diamond Princess” gəmisində virusa yoluxan insanların 73%-də koronavirus simptomları olmayıb”, - ekspert deyib.

Avdeyev orta hesabla simptomları olmayan şəxslərdə xəstəliyin iki həftəyə qədər davam etdiyini qeyd edib:

“Bir insan xəstə şəxslə təmasda olubsa, iki həftə ərzində özünü təcrid etməlidir, bundan sonra infeksiya riski minimaldır, çünki iki həftədən sonra virus ətraf mühitə nüfuz edə bilmir”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR