Slimfit
  1. DÜNYA

Şimali Koreya ilə əməkdaşlığımız heç kimi narahat etməməlidir - Peskov

Şimali Koreya ilə əməkdaşlığımız heç kimi narahat etməməlidir - Peskov
Sakura

Şimali Koreya ilə əməkdaşlığımız heç kimi narahat etməməlidir - Peskov

Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın suveren hüquqları çərçivəsində Şimali Koreya ilə hər sahədə əməkdaşlığı inkişaf etdirdiyini bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Peskov jurnalistlərə Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq barədə qiymətləndirmələr edib.

Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu və tərəfdaşı olduğunu xatırladan Peskov, iki ölkənin münasibətlərini hər sahədə inkişaf etdirdiyini və bunun onların suverenlik haqqı olduğunu bildirib.

Peskov: "Bu, heç kimi narahat etməməlidir, çünki bu əməkdaşlıq digər ölkələrə qarşı deyil. Biz bu əməkdaşlığı daha da inkişaf etdirəcəyik", - deyib.

Şimali Koreya ordusunun Rusiyada olduğu iddiası ilə bağlı məlumatların ziddiyyətli olduğuna diqqət çəkən Peskov: "Bir çox ziddiyyətli məlumatlar görürük. Cənubi Koreyalılar bir şey deyir, sonra Pentaqon belə açıqlamaları təsdiq etmədiklərini açıqlayır”, - deyə fikrini yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR