Slimfit
  1. DÜNYA

Şimali Koreya 70 illiyini qeyd edir

Şimali Koreya 70 illiyini qeyd edir
Sakura

Şimali Koreya 70 illiyini qeyd edir

Şimali Koreya Xalq Cümhuriyyətinin yaranmasının 70 illiyi böyük hərbi paradla qeyd olunub.

Tədbirdə sadə xalqdan xüsusi seçilən və çox çətin məşqlərlə hazırlaşan on minlərlə insan iştirak edib.

Paradda Kim Jong-un-un çıxış edib-etməməsi haqda məlumat verilmir.

Ölkədəki bu cür nümayişlər xalqın ölkələrinə sadəqətini və qürur hissini göstərmək üçün vasitə rolunu oynayır və buna görə də hakimiyyət tərəfindən çox vacib tədbir kimi qiymətləndirilir.

Paradda iştirak edən hərbçilər hərbi məktəblərdən və ya fərqlənən hərbi hissələrdən seçilir.

Bəzi analitiklər deyirdi ki, cənab Kim ABŞ prezidenti Donald Trump-la keçirdiyi sammitdən sonra silah-sursat nümayişini "yumşaldacaq".

Bəzən paradda istedadlı müğənni, rəqqas və gimnastların da iştirak etdiyi görülür.

Paradda iştirak etmək üçün seçilən bütün iştirakçıları bir xüsusiyyət birləşdirir - Kim ailəsinə böyük sədaqətlə bağlı olmaqları.

 

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR