Dərc edildi: Baxış sayı: 491
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait 100 milyon manatı ötüb
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, bu il iyunun 1-dək fonda 99 845 168,79 manat, 213 577,88 ABŞ dolları, 16 636,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət