Dərc edildi: Baxış sayı: 378
Sığorta agentləri nə qədər vergi ödəyəcək?
Banco.az Vergilər Nazirliyinə istinadən 2019-cu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin sual və cavablarla izahlarıni təqdim edir. Bütün suallarla buradan tanış ola bilərsiniz. https://goo.gl/98AMVv
Fərdi sahibkar kimi vergi uçotuna alınaraq, icbari sığorta müqavilələri üzrə sığorta agentiyəm. Bu halda sadələşdirilmiş verginin ödəyicisi ola bilərəmmi?
İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinin sadələşdirilmiş verginin ödəyicisi olmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmur. Həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi olduğu halda, əldə etdikləri hasilatdan 2 faiz dərəcə ilə vergi ödəyirlər.
Əsas: Vergi Məcəlləsi, 218.5.2-1-ci maddə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət