Slimfit
  1. DÜNYA

Siçovullar gizlənpaç oynamağı öyrəndilər

Siçovullar gizlənpaç oynamağı öyrəndilər
Sakura

Siçovullar gizlənpaç oynamağı öyrəndilər

Alman alimləri siçovullara gizlənpaç oynamağı öyrədiblər. Tədqiqatın nəticələri “Science” nəşrində verilib.

Bildirilir ki, altı yetkin siçovul içərisində müxtəlif qutu və çəpərlər olan bir otağa salınıb. Heyvanlar ətrafa göz gəzdirdikdən sonra, onları insan gizlənən müddətə konteynerə salıblar. Sonra onları buraxıblar və siçovullar qaçaraq insanı tapmağa çalışıblar.

Bundan əlavə, siçovulların özləri də gizlənib və tapılmalarını gözləyiblər. Qeyd olunur ki, alimlər hətta oyun zamanı gəmiricilərin ultrasəs “hırıltısı”nı da müəyyən ediblər.

Bildirilir ki, siçovullar uğurlu cəhdlərə görə qida ilə mükafatlandırılmayıblar.

Tədqiqat təxminən iki həftə davam edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR