Slimfit
  1. ELM

Nefti məhv edən bakteriya yetişdirilib

Nefti məhv edən bakteriya yetişdirilib
Sakura

Rusiyada unikal sorbent kəşf olunub.

OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sorbent akademik M. F. Reşetnev adına Sibir dövlət elm və texnologiyiya universitetinin əməkdaşları tərəfindən hazırlanıb. Yeni kəşf neft çirklənmələrini izsiz təmizləməyə imkan verir.

Biosorbent avtonəqliyyat müəssisələrində və neft kəmərlərində qəza nəticəsində meydana gələn neft çirklənmələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. Sorbentin bir kubmetri bir ton nefti udur. Neft udma qabiliyyəti analoqlarından 7-10 dəfə daha yüksəkdir.

Hazırlanan məhsulun tərkibinə neft çirklənmələri ərzilərindən seçilmiş mikroorqanizmlərdən daxildir. Onlar nefti zəhərli tərkibi olmayan sadə birləşmələrə qədər ayırır. Sonda yalnız karbon qazı və su qalır.

Bakteriyadan istifadə etdikdən sonra dağıntı olan yerlərdə bitki örtüyü tamamilə bərpa olunur.

 

Mənbə: OilGas.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR