Slimfit
  1. HƏRB

Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək ?- RƏSMİ

Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək ?- RƏSMİ
Sakura

Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək ?- RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Ens.az-ın məlumatına əsasən,səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Report”a bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.

Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR