Slimfit
  1. AZƏRBAYCAN

Səyyar “ASAN xidmət” Şəmkirdə

Səyyar “ASAN xidmət” Şəmkirdə
Sakura

Səyyar “ASAN xidmət” Şəmkirdə

Səyyar “ASAN xidmət” martın 1-dək Şəmkir sakinlərinə xidmət göstərəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səyyar “ASAN xidmət”in yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb, sakinlərin rahat şəkildə müraciət etmələri üçün yaradılan şəraitlə tanış olub.

Səyyar “ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş avtobuslarla xidmət göstərilir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR