Dərc edildi: Baxış sayı: 532
Şeyx şəhid generalımızın atası və övladları ilə görüşdü
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimovun doğulduğu Qəbələ rayonunun Vəndam kəndində olub.
Ens.az Konkret.az-a istinadən xəbər verir ki, şəhidin ata ocağını ziyarət edən A. Paşazadə Polad Həşimovun xatirəsini anmaq üçün məhz bu günü — Qurban bayramının Ərəfə gününü seçdiyini vurğulayıb.
Şeyxülislam Həşimovun atası və övladlarına başsağlığı verib, II Fəxri Xiyabanda hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət