Dərc edildi: Baxış sayı: 673
Seyid Əzim Şirvani - Məktublardan sətirlər
Günü gündən zəlilü xar oluruq,
Möhnətü qüssəyə düçar oluruq.
Bu qədər dərd kim olur hadis,
Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi-nadani,
Ki onun elm olubdu dərmani.
Elmsiz kimsənə hünərsizdir,
Elmi-bitərbiyət səmərsizdir.
Tərbiyət mayeyi səadətdir.
Tərbiyət şəxsə malü dövlətdir.
Elmdir baisi-tərəqqiyi-tam,
Alimə tay deyil güruhi-əvam.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət