Slimfit
  1. ƏDƏBİYYAT

Seyid Əzim Şirvani - Loğmanın satılması

Seyid Əzim Şirvani - Loğmanın satılması
Sakura

Seyid Əzim Şirvani - Loğmanın satılması

Belə derlər ki, həzrəti-Loğman 
Həbəş əhliydi, ya ki ol Sudan. 
Ona dəydi həvadisin xətəri, 
Satdılar qul kimi o pürhünəri. 
Yusif-asa o mahi-ürfani 
Keyd ilə satdı fövci-ixvani. 
Qul xəyal eylədi ələzzahir, 
Aldı Loğmanı bir nəfər tacir. 
Bir siyəhfam idi sitəbri-ləban 
Leyk təlim bəxşi-biədəban. 
Fəhmini gördü çünki ağası, 
Oldu onun yeganə mövlası. 
İmtəhan ilə bir gün ol mövla, 
Dedi: - Lazımdı bir lətif ğiza- 
Ki, ola həm lətif, həm şirin, 
Ta tənavül qılam məni-qəmgin. 
Etdi Loğman hikmət ilə əməl, 
Hikmətin kanı ol əmiri-əcəll. 
Bir quzu zibh eylədi Loğman, 
Dilini eylədi onun büryan, 
Hazır etdi hüzuri-mövlayə, 
Yedi zövq ilə ol fələkpayə. 
Yenə bir ayrı gündə ol mövla, 
İstədi bir acı, kəsfi ğiza. 
Yenə Loğman gətirdi büryan dil, 
Açma bu rəmzi, od tutub yan, dil! 
Leyk sərbəst qalsa bu məna, 
Xoş deyil, eyləmək ifşa. 
Bədgüman oldu sahibi-Loğman, 
Gördü ziddini bir ğizadə əyan. 
İki dəfə gətirdi büryan dil, 
Dedi: - Hikmətdə bu deyil kamil. 
Bu qulun gərçi çox fərasəti var, 
Leyk bu işdə səhvü qəfləti var. 
Səhvkarın özündən etdi sual- 
Ki, nədir böylə müxtəlif əhval? 
Bir ğiza mümkün olmayıbdır həmin 
Həmi acı ola, həmi şirin. 
Dedi: - Ey bu sual möhtacı, 
Dildü kim, zəhridən olur acı. 
Gah şəkərdən olur bu dil şirin, 
Qandı mövlası, eylədi təhsin. 
Qıldı təhsin kəmali-Loğmanə, 
Fikri-bikrü xəyali-Loğmanə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR