Dərc edildi: Baxış sayı: 749
Seyid Əzim Şirvani - Korun hekayəsi
Bir nəfər kur şəxsə bir bina
Tənə ilə dedi ki, ey əma,
Xəlqi-aləm hekayət eylərlər,
Bu sifət bir rəvayət eylərlər:
Hər kimi kur eyləsə yəzdan
Əvəzində edər ona ehsan.
Sənə ehsan nə eyləyib davər?
Dedi kor: - Ey əziz əhli-nəzər,
Bunu ehsan edib mənə tari
Görməyim sən kimi dilazari.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət