Slimfit
  1. DÜNYA

İsrail 7 oktyabr hücumunun ildönümündə Qəzza boyunca müdafiəni gücləndirib

İsrail 7 oktyabr hücumunun ildönümündə Qəzza boyunca müdafiəni gücləndirib
Sakura

İsrail 7 oktyabr hücumunun ildönümündə Qəzza boyunca müdafiəni gücləndirib

İsrail ordusunun Qəzza zolağı ilə sərhəddə yerləşən bölmələri HƏMAS-ın fələstinli radikallarının hücumunun birinci ildönümü ərəfəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və əlavə qüvvələrlə gücləndirilib. Qoşunlar həm hücuma, həm də müdafiəyə hazırdır.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 7-də (hücumun ildönümünün-red) qeyd edilməsinə hazırlıq məqsədilə Qəzza zolağının yaxınlığında əlavə müdafiə heyəti yerləşdirilib. Bu, vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq və Qəzzada əməliyyat fəaliyyətləri ilə birlikdə edilir. Zolaq davam edən qiymətləndirmənin nəticələrinə əsasən, Cənub Hərbi Dairəsi Qəzza zolağının yaxınlığında anım mərasimlərinin təhlükəsiz keçirilməsini təmin etməklə yanaşı, qarşıdakı ayda həm müdafiə, həm də hücum ssenarilərinə hazırlaşır”, - məlumatda bildirilir.

Ordudan bildirilib ki, HƏMAS-ın hücumunun birinci ildönümü ərəfəsində xüsusi “müfəssəl döyüş hazırlığı planı” hazırlanıb. “Qəzza diviziyası” bir neçə əlavə taqımla gücləndirilib, əlavə qüvvələr Qəzza zolağının yaxınlığında, o cümlədən sərhəd yaşayış məntəqələrinin müdafiəsi üçün yerləşdirilib.

“The Times of Israel”in hərbi mənbələrə istinadən verdiyi məlumata görə, ordu, xüsusilə də HƏMAS-ın hücumunun birinci ildönümü münasibətilə bu təşkilatın hərbi potensialının ötən il xeyli zəifləməsinə baxmayaraq, Qəzza zolağından mümkün raket hücumlarından ehtiyat edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR