Slimfit
  1. ƏDƏBİYYAT

Seyid Əzim Şirvani - Gecə gördüm səni, ey afəti-dövran, yuxuda

Seyid Əzim Şirvani - Gecə gördüm səni, ey afəti-dövran, yuxuda
Sakura

Seyid Əzim Şirvani - Gecə gördüm səni, ey afəti-dövran, yuxuda

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –
Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.

Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım,
Etibar olmaz əgərçi görələr qan yuxuda.

Zahirən abi-bəqayə yetəcək xəstə könül
Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda.

Nola ləlin görübən zövq ilə xəndan olsam,
Rəsmdir: - şad olu hər kim ola giryan yuxuda.

Var ümidim ola cəmiyyəti-vəslin məqdur
Ki, qara zülfüvi göz gördü pərişan yuxuda.

Gecə gördükdə sefeyi-rüxüri, ey Kəbeyi-hüsn.
Kaş olaydım, dolanıb başuva, qurban yuxuda.

Seyyidi-zar görüb vəslüvi bidar olmuş,
Bir gədadır ki, görüb özünü sultan yuxuda.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR