Slimfit
  1. ƏDƏBİYYAT

Seyid Əzim Şirvani - Bir məktuba cavab (Dusti-girami, sənə olsun səlam)

Seyid Əzim Şirvani - Bir məktuba cavab (Dusti-girami, sənə olsun səlam)
Sakura

Seyid Əzim Şirvani - Bir məktuba cavab (Dusti-girami, sənə olsun səlam)

Dusti-girami, sənə olsun səlam!
Sənsiz olub eyş bizimçim həram.
Gül açılıb, mövsümi-gülzardır,
Bülbüli-xoşləhcə yenə zardır.
Daği-dilin zahir edib lalələr,
Sağəri-reyhanə dolub jalələr.
Hüdhüd olub qasidi-şəhri-Səba,
Müjdə verir aləmə badi-səba.
Təxtə çıxıb bağdə sultani-gül,
Zahir edib şövkət ilə şan gül.
Sərv açıb bağdə xəzra ələm,
Lalə olub xosrovi-mülkiƏcəm.
Səfheyi-gülzar olubdur səfa,
Bülbül oxur nəğməni sübhü məsa.
Fərşi-zümürrüd döşənib gülşənə,
Çümlə olub bağ müəttər yenə.
Aç gözümi, səfheyi-gülzarə gəl,
Az bu qədər möhnət ilə zarə gəl!
Çək çəmənə Yusifi-dövranı sən.
Kövkəbi-rəxşan, məhi-tabanı sən.
Bas qədəmin, bağı elə payimal,
Qalmaya gülzardə hərgiz cəlal.
Seyyid ilən seyri-gülüstan elə,
Düşməni-nadan ciyərin qan elə!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR