Dərc edildi: Baxış sayı: 644
Seyid Əzim Şirvani - Alimin zalım padşaha cavabı
Dedi bir əhli-elmə bir zalim –
Key olan şər sirrinə alim!
Mənim üçün buyur ibadətdən,
Hansı əfzəldi cümlə taətdən?
Dedi: - Ey padşahi-zülmşitab,
Sənə əfzəldi hər bir işdən xab,
Ta yatan vəqt, ey fələkkirdar,
Görməyə xəlq bir nəfər azar.
Padşalərdə ədl əhsəndir,
Fitnənin yatmağı mühəssəndir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət