Dərc edildi: Baxış sayı: 432
Seyfulla Əzimov parlamentdə ilk dəfə hesabat verəcək
Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun Milli Məclisdə illik hesabat verəcəyi vaxt müəyyənləşib.
“Report”un xəbərinə görə, Milli Koordinatorun mayın 8-də Milli Məclisə illik hesabat təqdim etməsi gözlənilir.
Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət