Şəxsiyyəti müəyyən olunan şəhidlərin sayı AÇIQLANDI
Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
Bu barədə bu gün Hərbi Prokurorluğunda 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib.
Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, hazıradək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət