Şəxsi həkimindən inanılmaz iddia: “Onu xədim ediblər”
Ötən illərin əfsanəvi pop ulduzu olan Maykl Ceksonın ölümündən 9 il keçməsinə baxmayaraq, onun haqqında iddiaların ardı-arası kəsilmir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, pop musiqisinin kralının həkimi Konrad Murray bu dəfə Ceksonun atasını ittiham edib. Murray deyib ki, musiqiçinin atası Cou Cekson Maykl Ceksona səsinin qorunması üçün kimyəvi dərman verərək, onu xədim (kişilik gücü olmayan şəxs – red.) edib: “O, uşaqlarına qarşı qəddar davranıb. O, uşaqları üçün tarixdə ən qəddar ata idi. Maykl Cekson atasından çox qorxurdu”.
Qeyd edək ki, həkim bir neçə il öncə də müğənninin səsinin qalınlaşmasının qarşısını almaq üçün ona hormonal pozuntu yaradan dərman vurulduğunu iddia etmişdi.
Xatırladaq ki, Konrad Murray özü Maykl Ceksonu bilməyərəkdən öldürməkdə ittiham olunaraq, 4 il həbs cəzası alıb. O, 2 il həbsdə qalandan sonra nümunəvi davranışına görə həbsdən azad edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət