Slimfit
  1. BİOQRAFİYA

Sevil Nuriyeva

Sevil Nuriyeva
Sakura

Nuriyeva Sevil Aydın qızı — jurnalist, televiziya aparıcısı.

Nuriyeva Sevil Aydın qızı — jurnalist, televiziya aparıcısı.

 

Həyatı

Sevil Nuriyeva 1973-cü il avqustun 24-də Gəncədə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Türkiyədə beynəlxalq münasibətlər üzrə dissertasiya müdafiə edib və müvafiq sahə üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Dövlət Televiziyasında, 215 KL studiyasında, Azərbaycanın ilk müstəqil televiziya kanalı olan ANS-də müxtəlif sosial, siyasi və strateji xarakterli proqramlar hazırlayıb və təqdim edib.

"Güzgü", "Nəzər Nöqtəsi", "Divan", "Xəbərdar", "Bu bizik", "Əks-səda", "Ötən Həftə" , "Zərif çərşənbə" , "Şənbə gecəsi Sevil Nuriyeva ilə" kimi bir sıra proqramların müəllifi və aparıcısı olub.

1997-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin "Natəvan", 1998-ci ildə isə "Zərdabi" mükafatlarına, 1998-ci ildə Çingiz Mustafayev adına "İlin ən cəsarətli TV proqram müəllifi və aparıcısı" mükafatına, 1998-1999-cu illərdə Yeni Nəsil Jurnalistlər Birliyinin "İlin TV proqramçısı", 1999-cu ildə Jurnalistlərin Dostu Dərnəyinin "İlin ən cəsur TV proqramçısı və aparıcısı" mükafatlarına, 2000-ci ildə Gürcüstanda "Qafqazın ən obyektiv proqramçısı və aparıcısı" müfakatına layiq görülüb.

1998-ci ildə CNN-də, 1999-cu ildə BBC-də proqram müəllifi stajı keçib.

Hal-hazırda Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır.Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz mediya mərkəzinin rəhbəridir.

 

Filmoqrafiya

  1. Uzaq yaşıl ada (film, 2004)
  2. Azərbaycana namus və sevgiylə (film, 2006)
  3. Payızın 17 anı (film, 2007)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR