Slimfit
  1. QADINLAR ÜÇÜN

Sevdiyi oğlanın xəyanətinə görə 10 ay ərzində 60 kq arıqladı

Sevdiyi oğlanın xəyanətinə görə 10 ay ərzində 60 kq arıqladı
Sakura

25 yaşında təxminən 140 kiloqram ağırlığında idi

Kaliforniyada yaşayan Kristina Batista qısa zamanda necə çəki atmasının sirrini bölüşüb.

 Ens.az bildirir ki, o,  Amerikanın "Runner's World" nəşrinə verdiyi müsahibəsində etiraf edib ki, 25 yaşında təxminən 140 kiloqram ağırlığında idi, lakin bu, onu heç də  narahat etmirdi, ona görə tezliklə evlənəcəyi sevgilisi vardı.  Ancaq hər şey toya 2 ay qalmış Kristinanın gələcək həyat yoldaşının digər  sevgilisinin ona zəng edərək hamilə olduğunu söyləməsi ilə dəyişdi.

 Əvvəlcə amerikalı qadın  hər şeydə özünü günahlandırırdı.  O düşünürdü : "Mən kök və eybəcərəm , çünki mənim artıq çəkim var, buna görə  də  nişanlım özünə daha yaxşı birisini tapdı."  O  həmişəlik tək qalacağından qorxaraq vəfasız adamın yanında qalmaq qərarına gəlsə də, sonda nişanı pozdu,  çünki  qarşısındakının onu sevmədiyini anladı.  Buna görə Kristina o qədər güclü depresiyaya düşdü ki, hətta intihara cəhd etdi, lakin onu xilas edə bildilər.

 Sonra ona qəzəb gəldi.  Qadın keçmiş nişanlısının yeni sevgilisindən daha yaxşı olduğunu sübut edərək oğlandan qisas almağa qərar verdi, amma bunun üçün arıqlamalı idi.  Kristina etiraf edir ki, 12 il israrla arıqlamağa çalışıb və  bu yolda hər şeyi sınayıb: bütün dəbdə olan pəhrizlərdən tutmuş arıqlama klinikalarına qədər. Lakin heç vaxt  o özünə inanmırdı, buna görə də əvvəl- axır həvəsdən düşürdü  və bütün itirdiyi çəkini yenidən geri  alırdı. Ancaq bu vəziyyətdə onun inadla çatmağı qarşısına qoyduğu bir hədəfi var idi. Kristina həmişə qaçmaq istədiyini xatırlayır: “Xəstəxanadan çıxanda xəyalımı gerçəkləşdirməyə çalışdım. İnsanların mənə baxacağından qorxurdum, amma eyni zamanda bu özümə qarşı bir çağırış idi". 

O deyir: "İlk qaçışımı yaxşı xatırlayıram . Fikirləşirdim ki, irəliyə qaçacağam və hər şey öz-özünə olacaq.  Ancaq bu, böyük bir uğursuzluq idi. Hiss etdiyim duyğu belə idi -  sanki ağciyərlərim yanırdı.  Ancaq imtina etməyəcəyimi özümə təkrarlayırdım. " Çətinliklərə baxmayaraq, Kristina inadla həftədə 5 gün qaçmağa davam etdi və altı ayda 20 kiloqram arıqladı, sonrakı 4 ayda isə daha  40 kq .  Əgər ki   o, qida rasionunu dəyişməsəydi belə nəticələr əldə edə bilməzdi . O ac qalmırdı, eyni zamanda zərərli qidalardan tamamilə imtina etmişdi və yalnızca  bəzən dadlı nə isə yeyirdi.  Və  nəticədə onda hər şey  alındı.  İndi  o özünü tamamilə qaçışa həsr edib . Özünü çox yaxşı hiss edir və daha yaxşı görünür.

Mənbə: www.passion.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR