Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko koronavirus pandemiyası şəraitindəki həyat tərzi…
44 yaşlı mütəxəssis özü ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib. Ötənlərin məşhur hücumçusu hazırda Kiyev ətrafındakı evində yaşadığını və artıq 10 gündür özünü təcrid etdiyini diqqətə çatdırıb. Onun fikrincə, yeganə çıxış yolu hökumətin qoyduğu qaydalara hörmək etməkdir: "Evdə qalmaq və həkimlərə çox vacib işi görmək imkanı yaratmaq lazımdır".
Şevçenko hazırkı vəziyyəti Çernobıl Atom Elektrik Stansiyasında qəzanın baş verdiyi dövrə bənzədib: "Həmin vaxt mənim 9 yaşım var idi".
Baş məşqçinin fikrincə, heç kim yoluxmadığını əminliklə söyləyə bilməz: "Biz küçəyə çıxmamalıyıq. Təkcə özümüzü yox, hamıdan əvvəl virusun böyük təhlükə doğuracağı insanları düşünməliyik".
Mənbə: deyerler.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət