Slimfit
  1. DÜNYA

Səudiyyə Ərəbistanında qadınlara tək səyahət etməyə icazə verildi

Səudiyyə Ərəbistanında qadınlara tək səyahət etməyə icazə verildi
Sakura

Məhkəmənin hökmü ilə

Ens.az bildirir ki, Səudiyyə Ərəbistanında inanılmaz hadisə baş verib. Ölkə tarixində ilk dəfə olaraq məhkəmə, krallıq daxilində qadının,  mühafizəçilərin və qəyyumların icazəsi olmadan yaşamaq və səyahət etmək hüququnu tanıyıb.

Buna prokurorların Məryəm Əl-Yetibini ailəsinin evini tərk edib Ər-Riyada getməsində günahlandırması səbəb olub. Məhkəmə, qadının günahkar olmadığını, "qadının yaşadığı yerə qərar vermək hüququ olan ağıllı yetkin insan olduğu" haqda qərar çıxarıb. Maryəm özü bu qərar üçün üç il mübarizə aparıb.

Qadının vəkili Əbdülrəhman Əl-Lahim, bu məhkəmə qərarının bütün ölkənin gələcəyi üçün vacib olduğunu, mütərəqqi qərarlar qəbul edən "yeni hakimlər" nəslinin meydana gəldiyini söyləyib.

Bu gün ayrı bir evdə sağlam və  yetkin qadının müstəqil olmasının cəzalandırılmalı bir cinayət olmadığını təsdiqləyən tarixi bir qərar qəbul edildi "deyə Əl-Lahim əlavə edib.

Mənbə: womo.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR