Slimfit
  1. MARAQLI

Səudiyyə Ərəbistanında 35 ildə ilk dəfə kinoteatrda film göstərdilər

Səudiyyə Ərəbistanında 35 ildə ilk dəfə kinoteatrda film göstərdilər
Sakura

Popkorn, ölkənin birinci şəxsləri və senzuranın 40 saniyəsi

“Qara Panter”-dən öpüşlə olan bircə səhnəni çıxardılar. Döyüşlər və atışmaları saxladılar.

18 apreldə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 35 ildə ilk dəfə kinoteatrda film nümayişi keçirildi - ziyarətçilərə “Qara Panter”-i göstərdilər. Premyera 2017-ci ildə filmlərin dini zəmində ictimai nümayişinə olan qadağanın ləğvindən sonra açılmış ölkənin ilk kinoteatrında baş tutub.

İlk nümayişə ancaq dəvətlə getmək mümkün idi - onları təxminən 600 qonaq əldə edib. Onların arasında: mədəniyyət naziri Awwad Alawwad, şahzadə Rima bint Bandar və məşhur bloqerlər var idi. Bəzi ziyarətçilər The New York Times müxbirinə etiraf ediblər ki, “Qara Panter” barədə ümumiyyətlə heç nə bilmirlər, amma tədbirin özünə gəliblər.

Mən müasir filmləri sevirəm. Əvvəllər mən və dostlarım yeniliklərə baxmaq üçün həftə sonu Bəhreynə və ya BƏƏ-nə gedirdik. Ümid edirəm ki, indi filmləri evin yaxınlığında izləmək mümkün olacaq.

kinoteatrın ziyarətçisi

Filmlərin nümayişinin qadağan olunması 80-ci illərdə Səudiyyə Ərəbistanını ultra mühafizəkarlıq dalğası bürüyəndə qəbul edildi. Onilliklərdən sonra onu ölkədə islahatlar aparan şahzadə Mohammed bin Salman ləğv etdi. Buna baxmayaraq kinoteatrlara ancaq “şəriət qanunlarına və Krallığın mənəvi dəyərlərinə” müvafiq olan filmləri buraxacaqlar.

Buna görə distribyutorlar “Qara Panter”-i bir az dəyişməli oldular: filmdən təxminən 40 saniyə çıxardılar. Assotiated Press agentliyinin əməkdaşının sözlərinə görə senzura qəhrəmanların öpüşləri olan final səhnəsinə toxundu, bununla yanaşı filmdə daha şiddətli anlar qaldı.

Hələlik Ər-Riyadda kafe və popkornla ancaq bir zal fəaliyyət göstərir. Binada həmçinin xüsusi ibadət otaqları hazırladılar.

2018-ci ilin yanvarında Səudiyyə Ərəbistanının sakinlərinə 2017-ci ilin ən pis filmi hesab edilmiş “Emoji film”-i  artıq göstərmişdilər. Amma nümayiş kinoteatrda deyil, mədəniyyət mərkəzində keçirildi - o zaman ölkədə heç bir pavilyon yox idi. 2030-cu ilə Səudiyyə Ərəbistanında sərbəst girişlə olan təxminən 300 kinoteatr yaradılmalıdır. Bəzi nümayişlər ancaq “ailəvi” baxış üçün, digərləri isə ancaq kişilər üçün keçiriləcək.

 

Mənbə: Tjournal.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR