Slimfit
  1. İQTİSADİYYAT

Səudiyyə Ərəbistanı neft hasilatının 1 milyon barel azaldılmasını dekabrda da davam etdirəcək

Səudiyyə Ərəbistanı neft hasilatının 1 milyon barel azaldılmasını dekabrda da davam etdirəcək
Sakura

Səudiyyə Ərəbistanı neft hasilatının 1 milyon barel azaldılmasını dekabrda da davam etdirəcək

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Krallığın 2023-cü ilin iyulunda tətbiqinə başladığı və daha sonra 2023-cü ilin dekabr ayının sonuna qədər uzadılan gündəlik bir milyon barel könüllü ixtisarı davam etdirəcəyini açıqlayıb. Beləliklə, Krallığın hasilatı 2023-cü ilin dekabr ayında gündəlik təxminən 9 milyon barel olacaq.

Ens.az Trend -ə istinadən xəbər verir ki, nazirlikdəki mənbənin sözlərinə görə, hasilatın könüllü ixtisarı qərarının müddətinin uzadılması və ya şəraitə uyğun olaraq artırılması məsələsi dekabrında nəzərdən keçiriləcək. Mənbə, həmçinin qeyd edib ki, bu azaldılma Krallığın 2023-cü ilin aprelində elan etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək könüllü ixtisara əlavədir. Nazirlik təsdiqləyib ki, hasilatın bu əlavə könüllü azaldılması OPEC+ alyansı tərəfindən görülən ehtiyat tədbirlərini gücləndirmək, habelə neft bazarlarının sabitliyini və tarazlığını dəstəkləmək məqsədi daşıyır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR