Slimfit
  1. AZƏRBAYCAN

Səttar Möhbalıyev: "Gəncləri kənd yerlərində işləməyə həvəsləndirən imtiyazlar genişləndirilməlidir"

Səttar Möhbalıyev: "Gəncləri kənd yerlərində işləməyə həvəsləndirən imtiyazlar genişləndirilməlidir"
Sakura

Səttar Möhbalıyev: "Gəncləri kənd yerlərində işləməyə həvəsləndirən imtiyazlar genişləndirilməlidir"

"Azərbaycanda bu gün gənclərin sayı sürətlə artmaqda davam edir. Bu baxımdan onların məşğulluğu məsələləri də problem olaraq ortaya çıxır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev "Gənclərin məşğulluğu: İşəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, iqtisadiyyat sahəsində məşğul olan əhalinin 25 faizindən çoxu 15-29 yaşında olan gənclərdir: "Hər il orta hesabla 33-35 min tələbə ali məktəbləri bitirir ki, onların da işlə təmin olunmaları problem olaraq qarşıya çıxır. Gəncləri kənd yerlərində çalışmaya həvəsləndirən imtiyazlar sistemi daha da təkmilləşdirilməli, həyat səviyyəsi yüksəldilməlidir. Həmçinin ordudan təxris olunan gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq lazımdır".

AHİK sədri qeyd edib ki, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta sistemini formalaşdırmaq və tədbiqini həyata keçirmək vacibdir.

S.Möhbalıyev bildirib ki, 2030-cu ilədək əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 15 faizə endirmək və 2025-ci ilədək bütün əhali qrupları, xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR