Slimfit
  1. TEXNOLOGİYA

Sərt disklərin 2017-ci il ikinci rübü üçün reytinqi

Sərt disklərin 2017-ci il ikinci rübü üçün reytinqi
Sakura

Sərt disklərin 2017-ci il ikinci rübü üçün reytinqi

Backblaze şirkəti daim müxtəlif istehsalçıların məhsulları olan sərt disklərin etibarlılığı statistikasını dərc edir. Bu çox maraqlı məlumatdır, çünki o həm istehlakçılar tərəfindən HDD alışına təsir edə bilər, həm də müxtəlif istehsalçılara yararlı ola bilər. Əlbəttə ki, müasir bütövlük müdafiə vasitələri işləyir, lakin yenə də sıradan çıxmış yaddaş daşıyıcılarının dəyişdirilməsi böyük xərcə səbəb olur. Cari ilin ikinci rübü üçün dərc olunmuş son məlumatlar çox maraqlı görünür.

Davamlılıq lideri HGST olaraq qalır. O Western Digital şirkətinin korporativ sinif daşıyıcılarının istehsalı ilə məşğul olur. 3 və 4Tb tutumlu bəzi daşıyıcı modellərinin xarab olma ehtimalı azalıb, digərləri isə əvvəlki kimi etibarlılıq səviyyəsini qoruyub saxlayıb. Toshiba və Western Digital şirkətlərinin daşıyıcıları yaxşı nəticə göstərirlər. Wd Red seriyası özünün ən yaxşı sərt disk adına layiqdir və aşağı xarab olma faizinə malikdir. 513 ədəd WD30ERFX (3Tb) modelindən cəmi ikisi xarab çıxdı, 4 və 6Tb-lıq modellərdə isə heç bir xarablıq aşkar olunmadı.

Seagate şirkətinin məhsullarının alıcıları isə bir az düşünməlidir. 6 və 8Tb versiyaları özünü başqalarından pis aparmır və xarab olma faizi 1,55% təşkil edir. Lakin 4Tb həcmli Seagate disklərində xarab olma sayı çoxdur, ST4000DM001 və DX000 modellərində isə hədsiz dərəcədə çoxdur. 30%-dən çox dəyəri izah etmək mümkün deyil. ST6000DX000 modelli 6Tb həcmli modellərdə xarab olma dinamikası artır, bu da müəyyən şübhələr yaradır. 2013-cü ilin aprel ayından 2017-ci ilin iyun ayının sonuna qədər olan statistika da maraqlıdır. Bu müddət ərzində Backblaze serverlərində 83296 ədəd müxtəlif model və həcmli sərt disklərdən istifadə olunub. Ən çox Seagate ST4000DM000 istifadə olunub – 34411 ədəd. Bu model üzrə xarab olma faizi cəmi 2,9% olub. Dm001 modeli isə daha uğursuz olub.

Ümumilikdə mexaniki disklərin etibarlılığı pis deyil. Ümumi xarab olma faizi bu dövr üçün 2%-dən az olub.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR