Slimfit
  1. İQTİSADİYYAT

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ili mənfəətlə başa vurub

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ili mənfəətlə başa vurub
Sakura

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ili mənfəətlə başa vurub

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti 2022-ci ili 3,797 milyon manat mənfəətlə başa vurub.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Xidmətin gəlirləri 4,236 milyon manat, xərcləri isə 439 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin aktivləri 6,712 milyon manat, o cümlədən öhdəlikləri 2,415 milyon manat, balans kapitalı isə 4,297 milyon manat olub.

Xatırladaq ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Xidmət Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR