Slimfit
  1. GÜNDƏM

Sərnişindaşıma şirkətlərinə yeni tələblər qoyulub

Sərnişindaşıma şirkətlərinə yeni tələblər qoyulub
Sakura

Sərnişindaşıma şirkətlərinə yeni tələblər qoyulub

Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişindaşımalarını yerinə yetirən avtobuslarla sərnişin daşıyan daşıyıcılara dair tələblər müəyyənləşib.

Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də əksini tapıb.

Sənədə əsasən, Bakı şəhərində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslarla sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. Müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşınması haqqında müqavilə bağlanılmasını, avtobuslar üçün “Fərqlənmə nişanı” alınmasını ehtiva edir. Avtobuslarla müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı ona həvalə edilmiş marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayının 10 faizi qədər ehtiyat nəqliyyat vasitələrinə, marşrutda istifadə olunacaq nəqliyyat vasitələrinin sayı 10-dan az olduqda isə ən azı bir ehtiyat nəqliyyat vasitəsinə sahib olmalıdır. Daşıyıcının istifadəsində olan istehsalat bazasında istismar etdiyi avtobusların ümumi sayının 60 faizindən az olmamaqla təkər zəncir komplektləri olmalıdır. Daşıyıcının tabeliyində hər bir avtobus üçün ən azı 3 sürücü olmalıdır. Daşıyıcı istifadəsində olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən iş və istirahət rejiminə riayət olunmasına nəzarət etməlidir. Avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı müvafiq avtonəqliyyat vasitələrinin saxlanması, onlara texniki xidmət göstərilməsi, texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi, reysqabağı texniki yoxlanılması, habelə sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi üçün istifadəsində olan avtobusların sayına uyğun şəraiti olan istehsalat bazasına, yaxud bu xidmətlərin göstərilməsi üçün belə bazası olan fiziki və ya hüquqi şəxslərlə bağlanılmış müqaviləyə malik olmalıdır. Daşıyıcı (onun səlahiyyətli şəxsi) yola düşməzdən əvvəl sürücünü zəruri sənədlərlə (“Fərqlənmə nişanı”, yol vərəqəsi, marşrut sxemi, hərəkət cədvəli, icbari sığorta şəhadətnamələri, tələb olunan halda baqaj qəbzi və s.) və digər məlumatlarla təmin etməlidir. Daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçirilə bilər. Daşıyıcı istifadəsində olan avtonəqliyyat vasitələrinin rübdə bir dəfə texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılmasını texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, dövlət texniki baxışından keçirilməsini təmin etməlidir. Avtobusla sərnişin daşımalarını həyata keçirən daşıyıcı sərnişin daşımalarında istifadə olunan avtobusları reysdən sonra yalnız istehsalat bazasına daxil olan duracaq yerlərində (qarajda, avtoparkda və s.) saxlamalıdır.

İstehsalat bazası mövcud standartlara uyğun olmaqla aşağıdakı minimal tələblərə cavab verməlidir:

1. reysə çıxan nəqliyyat vasitələrinin sayına uyğun reysqabağı texniki yoxlamanın, texniki qulluğun və cari təmirin keçirilməsi üçün məntəqənin mövcudluğu,

2. eyni növbədə reysə çıxan sürücülərin sayına uyğun tibbi müayinənin keçirilməsi üçün məntəqənin mövcudluğu,

3. avtobusların sayına uyğun yuma məntəqəsinin mövcudluğu,

4. istifadəsində olan avtobusların rahat və təhlükəsiz parklanmasına imkan verən ərazinin və avtobuslar üçün təhlükəsiz və maneəsiz giriş-çıxış yerlərinin, o cümlədən fövqəladə hallar üçün ehtiyat çıxış yerlərinin mövcudluğu,

5. nəqliyyat vasitələrinin salamatlılığının təmini üçün nəzarət kameraları ilə təchiz edilmiş, yanğın və texniki-təhlükəsizlik tələblərinə cavab verən mühafizə sisteminin mövcudluğu.

Daşıyıcı sərnişin avtonəqliyyat vasitəsini nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu) və ya POS-terminalla, daxili və xarici nəzarət kameraları ilə, təchiz etməlidir. Müntəzəm şəhərdaxili (qəsəbədaxili) marşrut üzrə sərnişin daşımalarına cəlb olunan daşıyıcı qismində işə qəbul etdiyi və işdən azad etdiyi hər bir şəxs barədə müəyyən olunan qaydada məlumatları 3 gündən gec olmayaraq vahid informasiya sisteminə yerləşdirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidir. Daşıyıcı sürücü qismində işə qəbul etdiyi hər bir şəxsin Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunan xüsusi hazırlıq keçməsini təmin etməli və belə hazırlığı keçməklə müvafiq sənəd əldə etməyən sürücünü avtobusun idarə olunmasına buraxmamalıdır. Daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Daşıyıcı sərnişin daşınmasında istismar etdiyi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı törədilmiş yol-nəqliyyat hadisələrinin, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından ibarət olan inzibati xətaların uçotunu aparmalıdır. İstifadəsində olan nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisələri barədə həmin gün, nəqliyyat vasitələrindən istifadə ilə bağlı törədilmiş inzibati xətalarla bağlı isə ayda bir dəfə Bakı Nəqliyyat Agentliyinə müəyyən olunmuş məzmunda (yolnəqliyyat hadisəsinin və ya inzibati xətanın mahiyyəti, onun törədildiyi vaxt və yer, hansı nəqliyyat vasitəsindən istifadə ilə bağlı törədilməsi, bu xətanı törədən sürücü barədə məlumatlar daxil edilməklə) məlumat verməlidir. Daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməli və təkrar tibbi müayinədən keçməsinə nəzarət etməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR