Slimfit
  1. SİYASƏT

Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqladı

Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqladı
Sakura

Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqladı

Zəngəzur dəhlizi 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacaq.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,bunu “TGRT Haber” kanalına Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib.

O bildirib ki, dəmir yolu xəttinin əsas komponentini təşkil edən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Qars və İğdırı birləşdirəcək hissəsinin inşasına bu ilin sonundan start veriləcək.

Türkiyəli nazirin sözlərinə görə, yolun Naxçıvanla Zəngilanı birləşdirəcək sektorunun inşasının bir neçə ilə tamamlanacağı planlaşdırılır.

A. Uraloğlu həmçinin sözü gedən nəqliyyat marşrutunun Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafı baxımından böyük önəm daşıdığını qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR