Sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılacaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarında səfər edib.
AQTA-dan APA-ya verilən məlumata görə, səfər çərçivəsində Agentliyin sədr müavini Litva və Latviyanın Qida və Baytarlıq Xidmətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın bu ölkədəki səfirliklərinin nümayəndələri də iştirak edib. AQTA-nın sədr müavini R. Rüstəmzadə Agentliyin fəaliyyət istiqamətləri, son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İlin sonuna qədər Azərbaycanda sərhəd keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqlərinin yaradılacağını diqqətə çatdırıb. Bildirib ki, AQTA bu sahədə olan beynalxalq təcrübəni sərhəd keçid məntəqələrində tədbiq edəcək.
Görüşlərdə qida təhlükəsizliyi məntəqlərinin yaradılması təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qida təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın inkişaf perespektivlərindən danışılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvada Vilnus hava limanının sərhəd keçid məntəqəsinə, Medininkaida Belarusla avtoyol, Kenada Belarusla dəmiryol sərhəd keçid məntələrinə, eləcə də Latviyada Paterniekidə Belarusla avtoyol, Terehovada isə Rusiya ilə sərhəd keçid məntəqələrinə baxış keçirib və hər iki ölkənin bu istiqamətdə təcrübəsi ilə yerində tanış olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət