Sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında notariat sənədlərinin əldə edilməsi mümkün…
Sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında notariat sənədlərinin əldə edilməsi mümkün olacaq.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.
"Yeni çağırışlara uyğun olaraq elektron ədliyyə xidmətlərinin çeşidi mütəmadi artırılır, keyfiyyəti yüksəldilir. Elə bu günlərdə notariat haqqında qanuna mühüm dəyişikliklər edilərək notariat xidmətlərin məsafədən, video əlaqə vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılacaq xüsusi ədliyyə köşkləri vasitəsilə ilk dəfə olaraq, notariat sənədlərinin tərtib olunaraq əldə edilməsi mümkün olacaqdır. Həmçinin artıq səyyar elektron xidmətlər göstərmək üçün xüsusi çantalar hazırlanıb", - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət