Slimfit
  1. DÜNYA

Sergey Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb

Sergey Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb
Sakura

Sergey Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb

 Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətləri dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiqləməsidir. Bu sənəd Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına güclü təkan verəcək.

Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin sammiti keçirilib. Zirvə toplantısının yekununda region üçün tarixi sənəd - Xəzər dənizinin statusuna dair konvensiya imzalanıb.

"Aktaudakı Xəzər sammiti dənizin hüquqi statusuna dair Konvensiya üzərində iyirmi ildən çox sürən işə yekun vurdu. Bu iş, ilk növbədə Xəzərin bizə verdiyi faydalardan - enerji və bioloji resurslardan və nəqliyyat imkanlarından daha səmərəli istifadə etmək üçün tələb olunurdu. Mən hesab edirəm ki, Konvensiyanın əsas nailiyyətlərindən biri beş dövlətin Xəzərdə baş verə biləcək hər şey üçün öz məsuliyyətini birmənalı şəkildə təsdiq etməsidir. Onlar burada ortaya çıxacaq bütün məsələləri özləri həll edəcəklər", - deyə Lavrov Qazaxıstanın "Xabar" informasiya agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qeyri-regional ölkələr əməkdaşlıq etməyə dəvət olunurlar, lakin Xəzəryanı dövlətlər tərəfindən bu Konvensiyada razılaşdırılmış şərtlər əsasında.

Nazir həmçinin qeyd edib ki, hər bir Xəzəryanı dövlətin suveren və balıqçılıq zonasının müəyyənləşdirilməsi ilə bağlı məsələlərin əlaqələndirilməsinin zəruri olacağı meyarların müəyyən edilməsi də "çox vacib nailiyyət"dir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR