Slimfit
  1. DÜNYA

Sergey Lavrov: "Vaqner"in qiyamı Rusiyadakı sabitliyə təsir etməyib"

Sergey Lavrov: "Vaqner"in qiyamı Rusiyadakı sabitliyə təsir etməyib"
Sakura

Sergey Lavrov: "Vaqner"in qiyamı Rusiyadakı sabitliyə təsir etməyib"

““Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamı Rusiyadakı sabitliyə təsir etməyib”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu ölkənin xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Qərbdə kiminsə Rusiyadakı sabitliyə şübhəsi varsa, bu, onların öz problemidir: “Qərb Rusiyanın milli maraqlarından narahat olmasın. Biz bütün çətinliklərdən əvvəlkinə nisbətən daha güclü çıxmışıq”.

Nazirin sözlərinə görə, Rusiyada bir çox Qərb liderlərinin adekvatlılığına dair ciddi şübhələr var.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR