Slimfit
  1. SİYASƏT

Sergey Lavrov ermənilərə hansı mesajı verir?- ŞƏRH

Sergey Lavrov ermənilərə hansı mesajı verir?- ŞƏRH
Sakura

Sergey Lavrov ermənilərə hansı mesajı verir?- ŞƏRH

Koronavirus pandemiyası beynəlxalq ictimaiyyətin məşğul olduğu münaqişələrin həlli məsələsini unutdurmayıb, əksinə, onun həllini aktuallaşdırıb. Planeti bürümüş bu bəla Azərbaycanın işğal altında olan torpaqlarında yaşayan erməni vətəndaşlarından da yan keçməyib. Bölgə nəzarətsiz qaldığından burda virusa yoluxanlar barədə dəqiq məlumat yoxdur.

Yayılan xəbərlərə əsasən, burada yoluxanların sayı onlarladır. Ancaq Dağlıq Qarabağda yaşayan və ora yerləşdirilən ermənilər arasında vahimə yaranmaması və onların bölgədən qaçmaması üçün bu rəqəm açıqlanmır.

Bunu bir neçə faktla da təsdiqləyə bilərik. Qonşu İran dünya üzrə pandemiyanın ocaqlarından sayılır. Bu ölkə ilə Ermənistan arasında ticarət əlaqəsi kəsilməyib. İslam Respublikasına məxsus yüklə dolu TIR-lar Ermənistana giriş-çıxış edir. Simpitomları bilinmədiyindən iranlı sürücü və ya biznesmenlərin bu virusun daşıyıcı olub-olmadığı haqqında bir mənalı söz demək mümkün deyil.

Bu yaxınlarda Ermənistandan Qarabağa gələn sürücü 15 nəfəri virusa yoluxdurub. Yaxud İrana məxsus avtomobillərin yanacaqla dolu Qarabağa daxil olması barədə yayılan videoçarx da deməyə əsas verir ki, Azərbaycanın bu bölgəsində erməni vətəndaşları iranlılarla təmasdan virusa yoluxublar.

Koronavirusa yoluxma təhlükəsindən apreldə təmas xəttində monitorinq də keçirilməyib.

Bu kimi faktlar bölgədə infeksiyanın yayıldığını deməyə əsas verir.

Deməli, dünyanın və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər separatçıların, Ermənistanın, çürümüş və faşist ermənilik ideologiyasının girovudur. Onların bu buxovdan azad edilməsini ən çox Azərbaycan tərəfi istəyir.

Aprelin 21-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü keçirilib. Vasitəçilər görüşdən sonra birgə bəyanat yayıb.

İştirakçılar məsləhətləşmələrin gedişatında qlobal böhranın regionun səhiyyə sisteminə və son hadisələrə təsirini müzakirə ediblər. Onlar həmçinin Cenevrədə bu il yanvarın 30-da yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçiriblər. Etiraf edilib ki, COVID-19 pandemiyası nəticəsində yaranmış fövqəladə vəziyyətə görə daha əvvəl uyğunlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsi, eləcə də nazirlərin şəxsi görüşləri və həmsədrlərin Cenevrədə razılaşdırılmış regiona səfərləri təxirə salınıb. Bununla belə, bu tədbirlərin hazırlığı üzrə lazımlı iş davam edir.

Qeyd edək ki, bu formatda sonuncu görüş 2020-ci ilin yanvarın 28-30-da Cenevrədə keçirilib.

Həmin görüşdə əvvəlcə, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə edilmiş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli, nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub.

Bu məsələlərlə bağlı nazirlər yaxın zamanda yenidən görüşməyi razılaşdırmışdılar. Son dəfə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş 2019-cu il dekabrın 4-də Bratislavada olmuşdu.

Beləliklə, aprelin 21-də keçirilən video-konfransda yeni məsələ müzakirə olunmayıb. 3 ay əvvəl müzakirə edilən məsələyə yenidən münasibət bildiriblər.

Elə həmin gün Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa" zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib: “Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var”.

O çıxışında qətnamədə Azərbaycanın ərazi bütövlüyünün təsdiqini tapdığından və müharibədən danışıqlara keçilməsindən söz açaraq bildirib: “Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını təklif edir. Odur ki, bu sənədlərin imzalanması mərhələsinə gələn zaman bunun müharibənin dayandırılmasını və danışıqlar aparılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsində vacib addım olacağına əminəm. İndi isə danışıb razılaşmaq lazımdır və biz də ATƏT-in Minsk qrupunun həmsədrləri kimi buna çalışırıq”.

Deməli, müzakirə olunan əsas məsələlər yeni deyil. Münaqişənin mərhələli həlli 20 ildən artıqdır masa üzərindədir. Yeri gəlmişkən, bu prinsipə razılıq vermək istədiyi üçün Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan Robert Koçaryandan, Serj Sarqsyandan və s.-dən ibarət “Qarabağ klanı”nın tələbi ilə istefa verdi. Bu “klanın” ipinin hara bağladığı da heç kimə sirr deyil.

Ermənistan tərəfi isə problemin həllinə yardım etməkdənsə, yenə məntiqsiz iddialar irəli sürür.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan rusiyalı həmkarı Sergey Lavrovun dediklərinə cavab olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi “qarşılıqlı güzəştlər əsasında mümkündür” və erməni tərəfi birtərəfli güzəştə getməyəcək. Ermənistanın xarici siyasətinin həyata keçməsinə başçılıq edən diplomat “güzəştin” “təhlükəsizliyi təhdid” etdiyini söyləyib.

Hansı güzəştdən və təhlükəsizlikdən söhbət gedir? S.Lavrov işğal altında saxlanılan Azərbaycan rayonlarının azad edilməsindən danışıb. Bunun qarşılığında Azərbaycan nə etməlidir? Əgər indiki Ermənistanın məsələn, Yerevan şəhəri, yaxud Gümrü Azərbaycan tərəfin əlində olsa idi, bəli, onda qarşılıqlı güzəştdən söhbət gedə bilərdi. Ermənistan rəsmiləri, o cümlədən Z.Mnasakanyanın təhlükəsizliyin təhdid edilməsindən danışması ən gülünc iddiadır. Ermənistan Azərbaycanla yanaşı qonşu dövlətlərinə, Gürcüstan, İran, Türkiyəyə açıq-aşkar ərazi iddiası irəli sürməklə bölgədə təhlükəsizliyi və sabitliyi təhdid edir. Buna dair də çoxsaylı faktlar var.

Axı Ermənistan öz təhlükəsizliyini nə vaxt təmin edib? Bu ölkəni bütün mənalarda Rusiya qoruyur. Odur ki, rəsmi Moskva S.Lavrovun irəli sürdüyü məsələdə də Ermənistanın təhlükəsizliyini nəzərə almamış deyil. Çünki Rusiya Ermənistana öz ərazisi kimi yanaşır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına cavabı ilə bağlı məsələni şərh edərkən deyib ki, Z.Mnasakanyan Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyi ilə bağlı açıqlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkib: “Ermənistan-Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakıərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunmuşdur. Həmçinin həmsədrlərin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunub”.

Onun sözlərinə görə, Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir: “ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli vəöz mövqelərini ortaya qoymalıdırlar. Prezidentİlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Münxen Təhlükəsizlik Konfransıçərçivəsində Ermənistanın baş naziri ilə təşkil edilmiş açıq debatda bir daha qəti şəkildə ifadə olunmuşdur”. Münaqişə Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyüçərçivəsində həll edilməlidir”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva da Zöhrab Mnatsakanyan iddiasına münasibət bildirkən deyib: “Ermənistanla Azərbaycan arasındakı münaqişə halında, məhz Ermənistan Respublikası yuxarıda qeyd etdiyimiz öhdəliklərini pozaraq qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Belə bir vəziyyətdə işğalçıölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar? Bir ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyidir. Qarabağın əhalisinin üçdə birinin öz daimi yaşayış yerlərindən didərgin salındığı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq imkanından vəöz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum oldunqları bir vaxtda, nə Qarabağəhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz”.

Sergey Lavrovun açıqlaması, Ermənistan rəsmisinin münasibəti deməyə əsas verir ki, işğal altında olan rayonlar belə tezliklə azad edilməyəcək. Ermənistanda “Qarabağ klanı” hakimiyyətdən uzaqlarışlasa da, onun liderlərindən biri R.Koçaryan həbs olunsa da, başqa biri S.Sarqsyan isə müxtəlif cinayət hadisələri ilə bağlı dindiriləsə də, rəsmi Yerevanın “mövqeyi” dəyişmir. Niyə? Çünki o torpaqları Ermənistan özbaşına işğal etməyib. Ermənilərin Dağlıq Qarabağda “seçkilər” keçirməsi, ABŞ Konqresinin ermənisevər nümayəndələri - Frenk Pellon, Ceyk Spayer, Qus Bilirakis və Adam Şiff Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərməsi onları bu istiqamətdə ruhlandıranların və dəstəkləyənlərin olduğunun təsdiqləyir. ABŞ ATƏT Minsk qrupunun həmsədr ölkələrindəndir. Bu qurum isə həmn “seçkinin” qanunsuz sayıb. Bu halda konqresmenlərin canfəşanlığına səbəb nədir? Yoxsa, bu siyasətçiləri ABŞ-ın xarici siyasət kursunu boykot edirlər? Hər halda dünyanı koronavirus da dəyişə bilmir. “Dovşana qaç, tazıya tut” prinsipi hələ də hakimdir. Elə ABŞ-ın mövqeyi ilə konqresmenlərin “təbriki”, yaxud Sergey Lavorun açıqlamasına Mnasakanyanın “etirazı” kimi.

Rusiyalı nazirin açıqlaması ermənilər arasında güclü ajiotaja da səbəb olub. Daşnaklar, Qarabağdakı separatçılar cavabı dəfələrlə verilən eyni iddianı təkrarlayırlar. Rusiyalı nazirin bəyanatından dərhal sonra Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməyəcəyi hamıya məlumdur. Belə ehtimal etmək olar ki, S.Lavrov bir tərəfdən doğru olanın bir qismini deməklə Azərbaycana xoşməramlı olduğunu göstərməyə çalışıb. O biri tərəfdən isə Ermənistanın baş naziri Nikol Paşinyana və ölkədəki anti-Rusiya mövqeyində olanlara “qiblənizi dəyişməyin” mesajını da göndərib. Bunu Kremlin onlara barmaq silkələməsi kimi də qəbul etmək olar.

Son zamanlar Qarabağda Ermənistanın iki hərbçisi öldürülüb. Onların hər ikisinin öz yoldaşlarının qurbanları olduğu aşkar edilib. Azərbaycan atəşkəsə əməl etsə də, ermənilər Qarabağda bir-birilərinə qəbir qazırlar. Koronavirusla bağlı həqiqətlər gizlədildiyi kimi, erməni əsgərlərin öz-özlərini öldürməsi kimi hadisələr də Qarabağdakı ermənilərdən və Ermənistan ictimaiyyətindən gizlədilir. Heç şübhəsiz Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı reallıq, onun mahiyyəti, ermənilərə xeyri və s. bu kimi üstünlüklər də həmin ictimaiyyətə izah edilmir. Ermənilik kimi faşist ideologiya puç və mənası olduğu kimi, qonşu dövlətin torpaqlarının işğal altında saxlamaqla güzəşt istəmək də gülünc, məntiqsizdir. Ancaq o da var ki, Rusiya Nikol Paşinyanın və təmsil etdiyi siyasi qüvvənin timsalında Ermənistanın etibarını bir daha gördü...

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR