Slimfit
  1. GÜNDƏM

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Sakura

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və nazir müavini Xələf Xələfovla görüş keçirilib. Xələfov əldə edilən etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah sursatın göndərildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və  Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğu bildirilib.Nazir müavini Azərbaycan tərəfinin Ermənistanın Cənubi Qafqaz istiqamətində  vəziyyətin gərginləşməsinə səbəb olan hərbi təxribatının məqsədlərinə işarə edərək, Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə  gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini deyib.Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını,baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu barədə xəbəri Serbiya tərəfinə çatdıracağını vəd edib.

 

Mənbə: Kəpəztv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR