Slimfit
  1. SİYASƏT

Serbiyalı mütəxəssis: “Azərbaycan COVID-19-a qarşı mübarizəni tez və uğurla təşkil etdi”

Serbiyalı mütəxəssis: “Azərbaycan COVID-19-a qarşı mübarizəni tez və uğurla təşkil etdi”
Sakura

Serbiyalı mütəxəssis: “Azərbaycan COVID-19-a qarşı mübarizəni tez və uğurla təşkil etdi”

Koronavirus yayıldıqdan sonra Serbiya çox sərt karantin tədbirləri tətbiq edən ölkələr sırasındadır. Bununla birlikdə, aprelin 21-dən etibarən ölkədə komendant saatı saat 17:00-da deyil, 18:00-da başlayacaq, əlavə olaraq, pensiyaçılara gəzintilər üçün evdən çıxmağa icazə veriləcək. Bunu ölkə prezidenti Aleksandr Vuçiç deyib. Pink.rs-in verdiyi məlumata görə, yaşlı vətəndaşlara çərşənbə axşamı, cümə və bazar günləri yarım saat gəzməyə icazə veriləcək.

Serbiyada fövqəladə vəziyyət martın 15-də elan edilib. Ölkədəki yoluxanların sayı altı min nəfərdən çoxdur. 100-dən artıq insan bu xəstəlikdən ölüb. Yerli Geostrateji Araşdırmalar Mərkəzinin direktoru Draqana Trifkovic Serbiya Respublikasında baş verənlər haqqında Media.Az-a danışıb.

- Serbiyanın köməyə ehtiyacı varmı? Artıq bir çox dövlətlərin ölkənizə humanitar yardım göndərdiyi barədə məlumatlar var.

Serbiya həm Çin, həm də Rusiyadan böyük dəstək aldı. Tibbi xidmətlə yanaşı, hər iki ölkə həkim briqadaları göndərdi, Rusiya isə əlavə olaraq ictimai yerləri dezinfeksiya etmək üçün avadanlıq yolladı. Həkimlərin dediyinə görə, Serbiyada epidemiya artıq pik həddə çatıb. İndi yoluxmanın azalması gözlənilir. Vəziyyətin yaxın gələcəkdə normallaşacağına ümid edirik.

Azərbaycan haqqında demək istəyirəm. Ölkəniz epidemiya ilə mübarizəni tez və uğurla təşkil etdi. Ölkənizin güclü səhiyyə sistemi buna öz töhfəsini verdi. Serbiya səhiyyə sistemi pis vəziyyətdədir və yaxşılaşdırılması lazımdır. Dövlət tibb sahəsinin, həkimlərin və tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına daha çox pul ayırmalı olacaq. Mənə elə gəlir ki, bu məsələdə Azərbaycan öz təcrübəsindən faydalı məsləhətlər verərək bizə kömək edə bilər.

Ümid edirəm ki, bu böhran qarşılıqlı hörmətə, insanlığa və həyat şəraitinin yaxşılaşdırılmasına əsaslanan yeni beynəlxalq münasibətlərin qurulmasına kömək edəcək. Mövcud beynəlxalq institutlar son onilliklərdə əsaslandıqları postulatlardan yayındılar. Ümumiyyətlə, dünya birliyi, ilk növbədə Qərb səhv istiqamətdə gedir. Əlbəttə, istisnalar var.

Koronavirus epidemiyasının yayılması bəşəriyyətə ətraf mühitin, insanların qayğısına qalmalı, müharibələr və münaqişələrə başlamamalı, mənəvi dəyərlərə qayıtmalı, sonda gələcək nəsillərə inkişaf etmiş iqtisadiyyat, yüksək səviyyəli səhiyyə və s. kimi layiqli miras qoymalı olduğumuzla bağlı yaxşı xatırlatma ola bilər. 

Azərbaycan beynəlxalq səviyyədə fəaldır, bir çox meydançalarda təşəbbüskar kimi çıxış edir. Hesab edirəm ki, Serbiya və Azərbaycan humanitar layihələrdə daha çox əməkdaşlıq edə bilər.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR