Slimfit
  1. İQTİSADİYYAT

Şərab istehsalında 50% artım ola bilər

Şərab istehsalında 50% artım ola bilər
Sakura

Şərab istehsalında 50% artım ola bilər

2018-ci ildə Azərbaycanda şərab istehsalı ötən illə müqayisədə 50 faiz arta bilər.

Bunu Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

E.Mədətov bildirib ki, ötən il beş milyon butulka şərab və digər məhsul istehsal olunub:

“Bu il biz orta hesabla 50 faiz artım gözləyirik. Bəzi məhsul növlərində artım daha da çox ola bilər”.

Assosiasiya sədrinin sözlərinə görə, 2018-ci ilin birinci yarısında Azərbaycan 3,3 milyon butulka şərab ixrac edib:

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur. İxrac coğrafiyasının genişlənməsinə gəldikdə isə, biz çoxdan Mərkəzi Asiya və Baltikyanı ölkələr bazarına çıxmağı istəyirik. Biz Azərbaycanın Riqadakı Ticarət Evinə, həmçinin Qazaxıstana ixrac missiyasına və Aktauda Ticarət Evinin açılmasına ümid bəsləyirik”.

E.Mədətov qeyd edib ki, ixrac coğrafiyasının genişlənməsi istiqamətində konkret iş aparılır:

“Son üç ay ərzində biz Çin, Belarus və Almaniyaya səfər etmişik və fəal şəkildə Azərbaycan məhsulunu reklam etmişik. Bizim artıq Belarusdan müraciətlərimiz var və hesab edirəm ki, bu Azərbaycan şərab və konyakları Belarus bazarına qayıdacaq. Bizim məhsulumuza Avropada da böyük maraq var. Məhsulumuz Avropaya ixrac olur, amma ixrac həcmi yüksək deyil”.

O əlavə edib ki, ölkədə şərab istehsalçılarının əsas məqsədi ixrac coğrafiyasının genişləndirilməsidir:

“Biz bir və ya iki bazardan asılı ola bilmərik, ona görə də daim yeni bazarlar axtarmalıyıq. Bir neçə il əvvəl Azərbaycanda şərabçılıq yaranmağa başlayanda bütün istehsalçılar postsovet ölkələrinə yönəlmişdi. Amma bu gün biz Avropa, Afrika və Şimali Amerika bazarlarını hədəfləyirik”.

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR