Slimfit
  1. CƏMİYYƏT

Sentyabrın 15-nə kimi iri ticarət mərkəzləri bu qaydalarla açıla bilər - AÇIQLAMA

Sentyabrın 15-nə kimi iri ticarət mərkəzləri bu qaydalarla açıla bilər - AÇIQLAMA
Sakura

Sentyabrın 15-nə kimi iri ticarət mərkəzləri bu qaydalarla açıla bilər - AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasına görə iri ticarət mərkəzlərinin və "mall"ların fəaliyyətinə qoyulan qadağa davam edir. Operativ Qərargahın sonuncu brifinqində sentyabrın 15-nə kimi bu və ya digər məsələlər müzakirə olunaraq, vəziyyətə uyğun qərar veriləcək. Sentyabrın 15-nə kimi ticarət mərkəzləri açıla bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, koronavirus cəmiyyətdə çox böyük problemlər yaradıb:

"Problemlərin arasında iri ticarət mərkəzlərinin qapadılması məsələsi də var. İnsanların kütləvi toplaşması koronavirusa yoluxma riskini daha da artırır. Ona görə də dövlət məcburiyyətdən iri ticarət mərkəzlərini, "mall"ları bağlamaq qərarına gəldi. Əlbəttə, iri ticarət mərkəzləri nə zamansa işləməlidir. Yüz minlərlə insanlar orada çalışır. Hansı ki, ailələrinin dolanışığı ancaq oradan gələn gəlirdən ibarətdir. Mənə elə gəlir ki, müəyyən yeni qaydalar hazırlandıqdan sonra iri ticarət mərkəzləri, "mall"lar açıla bilər. İlk növbədə ticarət şəbəkələrinə, pərakəndə satış edən insanlara sosial məsafənin gözlənilməsi, az malın ortaya qoyulması vacibdir. Ticarət mərkəzlərində və yarmarkalarda insanlar bir-birinə dəyə-dəyə gedirlər. Qapılar, dəhlizlər ensizdir və ticarət cərgələri arasında məsafə olduqca azdır. Məhz buna görə də insanlar bir-birinə toxunurlar. Mənə elə gəlir, hər bir ticarət mərkəzi və yarmarkalar barəsində fərdi icazə mexanizmi işlənməlidir. Tələb qoyulmalıdır ki, cərgələrin sayı azaldılsın, az mal qoyulsun, insanların bir-birinə çox yaxın olmasının qarşısı alınsın. Düzdür, bu, gəlirə təsir edəcək. Amma nəzərə almaq lazımdır ki, ümumiyyətlə gəlirdən mərhum olmaqdansa, müəyyən qədər azalması daha yaxşıdır. Koronavirus təhlukəsi bitənə kimi bu formada işləmək olar. Hər halda bu məsələ incəliyinə qədər düşünülüb, müəyyən dövrdən sonra məhdudiyyət tələbləri, sosial məsafə gözlənilməklə iri ticarət mərkəzlərini, "mall"ları və yarmarkaları açmaq olar".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR