Sentyabrda tələbələr yaşadığı regionun ali məktəblərində təhsil alacaq?- RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi sentyabrın 15-də məktəblərin və universitetlərin açılması proqnozlaşdırılır. Dərslərin açılması ilə bağlı Bakıda tələbələrin sayı artacaq. Belə olduqda yoluxmanın sayının yenidən artmaması üçün hansı addımlar atılmalıdır? Yoluxmanın sayını azaltmaq üçün tələbələr yaşadığı regionun ali məktəblərində müvəqqəti təhsillərini davam etdirə bilərlərmi?
Ens.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Sonxeber.az-a bildirib ki, hazırda bütün bu məsələlərlə bağlı müazikirələr aparılır: "İndidən bir söz demək çətindir. Tərəfimizdən hər hansı bir qərar qəbul edilərsə bu barədə ictimaiyyətə məlumat veriləcək"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət