Slimfit
  1. MEDİA

"Sel görüntüləri Hacıkəndə aid deyil" - Umayra Tağıyeva

"Sel görüntüləri Hacıkəndə aid deyil" - Umayra Tağıyeva
Sakura

"Sel görüntüləri Hacıkəndə aid deyil" - Umayra Tağıyeva

“İyulun 11-i və 12-ə keçən gecə və səhər saatlarında ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində əksər rayonlarda hava şəraiti yağışlı keçib, şimşək çaxıb. Respublikanın dağlıq və dağətəyi rayonlarda yağıntılar leysan xarakterli, intensiv olub. Nəticədə bəzi ərazilərdə sel qeydə alınıb”.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Bu, gözlənilən hadisə idi. Çünki ayın 8-də və 10-da gözlənilən intensiv yağışlar və sel hadisəsi haqqında xəbərdarlıqlar edilmişdi.

Onu da nəzərinizə çatdırım ki, sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Hacıkənddə müşahidə edilən sel görüntüləri həqiqətə uyğun deyil. Bu, 2019-cu il Dağıstanda olan hadisənin çəkilişləridir”, - deyə o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR